BolgeXeber.Com » Bölgə » Qusarın icra başçısı qapıları bağlayıb... - ŞİKAYƏT

Qusarın icra başçısı qapıları bağlayıb... - ŞİKAYƏT

26-04-2017, 11:23
Oxunub: 3 939 Qusarın icra başçısı qapıları bağlayıb... - ŞİKAYƏTRedaksiyamıza müraciət edən bir qrup Qusar rayon sakini iddia edir ki, onlar neçə müddətdir icra başçısı Şair Alxasovun qəbuluna düşə bilmirlər

DİA.AZ-a daxil olan müraciəti təqdim edirik:

"İcra başçısı ilə görşümək 2 aydır mümkün olmur. Qapılarını bağlayıb, kimsəni qəbul etmir. Yerdə qalanlar isə bütün problemlərin həlli üçün başçının sözünün əsas olduğunu deyirlər. Başçı isə qapıları bağlayıb, içəridə oturur. Bilmirik dərdimizi kimə söyləyək".

Daha sonra yazan müraciət müəllifləri bildirirlər ki, əgər bu həftə də başçının qəbul günü Şair Alxasov onlardan qaçacaqsa, onlar da dərdlərini demək üçün Bakıya üz tutacaqlar.

Dia.az xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Qarşı tərəfi də dinləməyə hazırıq...