BolgeXeber.Com » Media » Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB

Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB

28-04-2017, 13:47
Oxunub: 3 897 Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVABRusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə azərbaycanlı jurnalisti təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib

Bolgexeber.com
xəbər verir ki, həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri “xam” adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi rəsmi posta uyğun olmadığını vurğulayıblar.

“Qafqazinfo” məsələ ilə bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdan münasibət öyrənib.

Ə. Amaşov qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu hərəkətləri qeyri- peşəkar və qeyri-etikdir: “O Rusiyada fəaliyyət göstərən istənilən xarici jurnalistin verdiyi sualı sona qədər dinləməlidir. Təmsil etdiyi qurumun münasibətlərinə uyğun olaraq da sualı cavablandırmalıdır. Ona görə də, birmənalı qaydada onun davranışı heç bir etik çərçivəyə sığa bilməz. Zaxarova yəqin ki, təmsil etdiyi qurumuna əsasən çox yaxşı bilir ki, Həsən Həsənov niyə öldürüldü, Dilqəm Əsgərov, Şahbaz Quliyev niyə görə həmin yerlərdə olub. D. Əsgərov anasının qəbrini ziyarət etməyə getmişdi. Ona görə də, onlar üzərində qurulmuş məhkəmə qeyri-qanunidir, heç bir beynəlxalq normalara uyğun deyil.

Zaxarova dünənki hadisədə Azərbaycanla Rusiya arasında olan münasibətləri nəzərə almalı idi. Onun verdiyi cavab Azərbaycan jurnalistini qane edə bilməz.

Mariya Zaxarova ona müəyyən olunmuş hündürlükdən daha çox tullanmağa cəhd edib. Bu, onun şəxsi xarakteri ilə də bağlı ola bilər. Yəqin ki Mətbuat Şurası bu məsələyə öz münasibətini bildirəcək”.