BolgeXeber.Com » Xəbərlər » Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın atasından açıqlama – YENİLƏNİB

Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın atasından açıqlama – YENİLƏNİB

28-04-2017, 15:07
Oxunub: 2 250 Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın atasından açıqlama – YENİLƏNİBRəfiqəsinə qoşulub qaçdığı iddia edilən Ayla Əliyevanın atası baş verənlərə aydınlıq gətirib

Bolgexeber.com xəbər verir ki, Aslan İsmayılov Modern.az-la əlaqə saxlayaraq bu haqda açıqlama verib. Ata yayılan xəbəri dezinformasiya adlandırıb.

“Bizim qızımızın hara getdiyindən və kiminlə olduğundan xəbərimiz var. Qızım yaxın rəfiqələri ilə Şəkiyə gəzintiyə getmişdi. Qızlardan birinin telefonu xarab olduğu üçün ailəsi ilə əlaqə saxlaya bilməyib. Normal olaraq ailə də narahat olub. Nəticədə qarşı tərəfin ailəsi polisə müraciət edib və hadisə böyüyüb. Qızların qoşulub qaçması ilə bağlı məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bu məlumatın necə yarandığını bilmirik. Ayla (şərtidir-red) hazırda yanımızdadır. Biz kiminsə təkidi ilə qızımızı universitetdən uzaqlaşdırmamışıq. Belə xəbərləri yayan insanlar qızın gələcəyini, ailəsini düşünmürlər. İnsanın mənəviyyatı, şərəfi ilə oynayırlar. Bir insana ləkə yaxmaq bu qədər asan olmamalıdır. Qızımla sevgili olduğu iddia edilən qız da hazırda ailəsinin yanındadır. Çox yaxın rəfiqələr olduğu üçün belə məlumatlar yayıblar. Halbuki o qız nişanlıdır.

Bu xəbəri yayanlar qızın özünü öldürə biləcəyini düşünmədilərmi? Biz axı mentalitet, adət-ənənə ilə yaşayan insanlarıq. Qızımın, guya, Türkiyəyə qaçdığını da deyirlər. Axı onun heç xarici pasportu da yoxdur! Bu necə ola bilər?

Ölkəmizdə bu qədər problem var, insanların bu qədər dərdi var. Bir çox saytlar bunları işıqlandırıb müzakirə etmir, ancaq bir neçə qızın gəzməyə getməsini müzakirəyə çıxarır. Mən valideyn olaraq çox narahatam. Xahiş edirəm, belə saytlar xəbərlərinə diqqət etsin. Mənim qızım bu xəbərlərdən sonra həyatına necə davam edəcək?".

28.04.2017 (10:49)

Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum olub.

Qızların tələbə yoldaşları bildiriblər ki, hər iki tələbə Gəncə Dövlət Universitetinin “Xarici dillər” fakültəsində təhsil alıblar.

Ayla Əliyeva fakültənin Alman dili ixtisasının 2-ci kursunda, Nazlı Qulamovaya (adlar şərtidir - red.) isə Fransız dili ixtisasının 4-cü kursunda təhsil alırmış. Onlardan biri Gəncədən, digəri isə Goranboy rayonundan olublar.

Məlumata görə, qızlar arasındakı münasibət heç də yazıldığı kimi “sevgi” münasibəti olmayıb. Ayla adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və onlarla birlikdə işləməyi təklif edib.

Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.

Məlumata görə, 2-ci kurs tələbəsi olan Aylanın ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək.

15:00

Azərbaycanda qız qıza qoşulub qaçıb.

Hadisə Gəncə şəhərində baş verib. Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir - red.) qoşulub qaçıb.

Bildirilir ki, hər iki tələbə ali məktəbin yuxarı kurs tələbələridir və xarici dil fakültəsində təhsil alırmışlar. Tələbələrin yaxınları əvvəlcə qızların oğlan tərəfindən qaçırıldığını zənn etsələr də, sonradan məsələnin heç də belə olmadığı üzə çıxıb. Məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini “sevirmişlər”.