BolgeXeber.Com » Xəbərlər » Azərbaycan diplomatının arvadının ABŞ-dakı qalmaqalı boyüyür

Azərbaycan diplomatının arvadının ABŞ-dakı qalmaqalı boyüyür

28-04-2017, 15:09
Oxunub: 2 350 Azərbaycan diplomatının arvadının ABŞ-dakı qalmaqalı boyüyürAzərbaycan Xarici İşlər Nazirliyi, azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən “Marshalls” mağazasından oğurluq etməkdə ittiham olunmasına münasibət bildirib

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Bu məsələ araşdırılır.

“Burada qaranlıq və anlaşılmazlıq doğuran məqamlar vardır. Təxribat, şər və böhtan elementlərinin olması istisna deyildir. İddia olunan hadisənin araşdırılması əvəzinə dərhal bu barədə KİV-ə məlumat ötürülməsi ciddi sual doğurur və bizə müəmmalı görünür.

Hər bir halda məsələ araşdırılacaqdır”.

10:59

Azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən “Marshalls” mağazasından oğurluq etməkdə ittiham edilir.

Bolgexeber.com
haqqın.az-a istinadən xəbər verir ki, bu barədə “Daily News” qəzeti məlumat yayıb.

Azərbaycan ABŞ-dakı səfirliyinin birinci katibinin 29 yaşlı həyat yoldaşı uşaq arabasında 188 dollarlıq malı mağazadan çıxarmaq istəyərkən mühafizəçilər tərəfindən saxlanılıb.

Mehriban Cəbrayılova hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, diplomatın həyat yoldaşıdır və diplomatik toxunulmazlığa malikdir.

Polis saxlanılan şəxsin statusu müəyyən edildikdən sonra qadını sərbəst buraxıb. Amerika nəşri yazır ki, diplomatik status, adətən, diplomatların həyat yoldaşlarına da şamil olunur.

Qəzetin yazdığına görə, belə hallarda polis Dövlət Departamentinə müraciət edir ki, diplomatın toxunulmazlığı ləğv edilsin. Dövlət Departamenti azərbaycanlı diplomatın arvadının saxlanılması faktını şərh etməyib.

Mehriban Cəbrayılovanın əri Fərid “Daily News”a bildirib ki, onun arvadının saxlanılması barədə yayılan xəbər həqiqətəuyğun deyil.