BolgeXeber.Com » Dünya » Tramp etiraf etdi: "Maşın sürmək üçün darıxıram"

Tramp etiraf etdi: "Maşın sürmək üçün darıxıram"

28-04-2017, 15:12
Oxunub: 3 949 Tramp etiraf etdi: "Maşın sürmək üçün darıxıram"Tramp əvvəllər prezident olmağın asan olduğunu düşündüyünü etiraf edib

"Reuters"-ə müsahibəsində Tramp deyib: "Mən əvvəlki həyatımı sevirdim. Çox hadisə baş verirdi. Prezidentin işi isə daha çoxdur. Elə bilirdim ki, hər şey asan olacaq".

ABŞ dövlət başçısının sözlərinə görə, daim nəzarətdə olduğu üçün və mühafizə edidiyi üçün özünü narahat hiss edir. Tramp həm də əlavə edib ki, müstəqil avtomobil idarə etmək üçün darıxır: "Mən maşın sürməyi xoşlayıram. Amma hazırda özüm avtomobil idarə edə bilmərəm".