BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi

28-04-2017, 16:27
Oxunub: 6 123 Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi28.04.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi

Tədbir Gənclər və İdman idarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirildi.Tədbirdə rayonun bir sıra məktəb və təşkilatlarının nümayəndələri iştirak etdilər.Əvvəlcə Heydər Əliyev Mərkəzində Narkomaniya mövzusunda müsabiqə üçün çəkilmiş şəkillərin sərgisinə tamaşa edildi.Sonra gələn qonaqlara mərkəzin bələdçisi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar və mərkəzdə İslam Həmrəyliyi İli ilə əlaqədar açılmış sərgi barədə məlumat verdi.Sonra mərkəzin Kino zalında tədbir davam etdirildi.Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin əməkdaşı Bəsti Zərbəliyeva açdı və narkomaniyanın fəsadları barədə məlumat verdi. Sonra Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov və Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Bahar Abasova geniş məruzə ilə çıxış etdilər. Çıxışlardan sonra “Hədəf” sənədli filmi nümayiş olundu.Tədbirin sonunda Narkomaniyaya həsr olunmuş müsabiqənin qalibləri Gənclər və İdman idarəsinin Diplom və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

Aytən Zülfəliyeva,
Heydər Əliyev Mərkəzinin direktoru
Bolgexeber.com