BolgeXeber.Com » Xəbərlər » Bakıda yaşlı dilənçi qadın belə ifşa edildi - "Rədd ol burdan, məndə pul varmı?" VİDEO

Bakıda yaşlı dilənçi qadın belə ifşa edildi - "Rədd ol burdan, məndə pul varmı?" VİDEO

29-04-2017, 09:30
Oxunub: 3 252 Bakıda yaşlı dilənçi qadın belə ifşa edildi - "Rədd ol burdan, məndə pul varmı?" VİDEOAzərbaycanlı gənclər maraqlı sosial çarx hazırlayıblar

Bakıda hər addımbaşı səkidə dayanan və insanlara əl açan dilənçiləri görmək mümkündür. Onların içərisində fırıldaqların da ola biləcəyini bildiyimiz üçün bəzən həqiqətən ehtiyacı olan insanların yanından diqqət yetirmədən keçirik. Elə hazırlanan video da bununla bağlıdır. Görüntülər Neftçilər metrostansiyasının yaxınlığında çəkilib. Belə ki, yolun kənarında dayanıb camaatdan pul dilənən yaşlı bir qadına yaxınlaşan gənc ona 10 manat yardım edib.

Yarım saat sonra həmin qadına başqa bir gənc yaxınlaşıb. O, çox ac olduğunu bildirərək, yaşlı qadından ona kiçik məbləğdə də olsa, yardım etməsini istəyib. Dilənçi qadının ona uzanan əli qeyri-etik şəkildə geri çevirməsi isə kəskin reaksiyaya səbəb olub.

Həmin görüntüləri təqdim edirik: