BolgeXeber.Com » Xəbərlər » Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO

Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO

29-04-2017, 11:37
Oxunub: 2 468 Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEOGoranboyda yük maşınlarının sürücüləri Bakıdakı zavodlardan birinə daşıdıqları yükün pulunu ala bilmirlər

Zavoddan bildirilib ki, onlara ödənilməli olan məbləğ Məhəmməd adlı şəxsə verilib. Həmin şəxs isə ona pul verilmədiyini deyir. İndi sürücülər çarəsiz qalıb.
Rayondan paytaxtda yük daşıdılar, amma zəhmət haqlarını ala bilmirlər.
Goranboyda yaşayan 50-dən artıq "Kamaz" sürücüsü 1 aydan çoxdur daşımaya görə onlara ödənilməli olan pulu ala bilmirlər. Onlar 10 ildən artıqdır həmin zavoda yük daşıdıqlarını, ancaq yalnız bu il problemlə qarşılaşdıqlarını deyirlər. Mart ayından onlara ödənilməli olan pul gecikdirilir.
Onlara 500-900 manat məbləğlərində pul ödənilməlidir. Sürücülər məsələ ilə bağlı yük daşıdıqları zavodun rəhbərliyinə müraciət etsələr də, onlara ödənilməli olan məbləğin Məhəmməd adlı şəxsə verildiyini bildiriblər. Adıçəkilən şəxs isə zavoddan pul almadığını deyir.
Sürüclər deyirlər ki, ümümilikdə müxtəlif rayonlardan 200-dən artıq sürücü həmin şəxsdən pullarını almaq üçün gözləyir. O isə zavodun ona 17 min manat verməli olduğunu deyir.