"Instagram" istifadəçilərinin sayı 700 milyon nəfərə çatıb
29-04-2017, 11:39
Oxunub: 2 753
"Instagram"ın aylıq auditoriyasının sayı 700 milyon istifadəçiyə çatıb, 4 ay ərzində isə onların sayı 100 milyon nəfəri ötüb
"Report" "TechCrunch"a istinadən xəbər verir ki, son iki ildə xidmətin auditoriyası iki dəfədən çox artıb.
Şirkət nümayəndələri iddia edirlər ki, "Instagram" layihənin tarixi ərzində ən yüksək artım tempi nümayiş etdirib. 2016-cı ilin birinci yarısında auditoriya 100 milyon nəfər artıb.
Qeyd olunur ki, auditoriyanın artması üçün əsas amillər "Stories" paylaşımları ilə bağlı bölmələrin inkişaf etdirilməsi, canlı yayım və abunəçiləri silmək, həmçinin şərhləri bağlamaq olub.
İndi "Instagram"ın auditoriyası "Twitter" istifadəçilərinin (2017-ci ilin ilk rübü ərzində 328 mln. istifadəçi) sayını iki dəfə üstələyir. Təkcə "Instagram Stories"dən 200 mln-dan çox insan istifadə edir ki, bu da "Snapchat" xidmətinin auditoriyasından (161 mln) çoxdur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər