BolgeXeber.Com » Xəbərlər » Füzulidə Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd olundu-FOTO

Füzulidə Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd olundu-FOTO

29-04-2017, 12:24
Oxunub: 1 752 Füzulidə Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd olundu-FOTOHoradiz şəhərində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirildi

Bolgexeber.com xəbər verir ki, tədbirdə rayon icra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun səhiyyə işçiləri, ictimai fəallar, ziyalılar iştirak etmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və bir qrup tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə məlumat vermişdir.

Alı Alıyev qeyd edib ki, Zərifə xanım Əliyevanın ömür yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olub. Bildirib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub.

Alı Alıyev vurğulayıb ki, Zərifə xanım Əliyevanın parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq.

Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Natiq Şükürov və digərləri çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən söhbət açıb, böyük alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.

Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş video çarx nümayiş olunmuş, konsert proqramı təşkil edilib.Füzulidə Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd olundu-FOTO