Tramp düşmənini təriflədi: - "Gənc olsa da, ağıllı oğlandır"
1-05-2017, 11:32
Oxunub: 2 944
ABŞ prezidenti Donald Tramp CBS telekanalının “Millətlə üz-üzə” proqramına müsahibəsi zamanı bəyan edib ki, Şimali Koreya lideri Kim Çen In hakimiyyətə gənc yaşlarında gəlib və ətrafında “sərt oğlanlar”ın olmasına baxmayaraq, vəzifəsini saxlaya bilib
“İnsanlar soruşur – o, normaldır? Mənim bu barədə anlayışım belə yoxdur. Lakin o hakimiyyətə gələndə çox gənc idi – 26-27 yaşlarında atası ölən kimi. O, çox sərt oğlanlar – generallar və digər şəxslərlə işləməyə məcbur oldu. Çox gənc olmasına baxmayaraq, o vəzifəsini saxlaya bilib. Mən əminəm ki, öz əmisi də daxil olmaqla bir çoxları hakimiyyəti ondan almaq istəyib. Lakin o, hakimiyyəti saxlaya bildi. Ona görə aydındır ki, ağıllı oğlandır”, - deyə Tramp bəyan edib.
Qeyd edək ki, 2013-cü ilin dekabrında Şimali Koreyada ölkənin totalitar lideri Kim Çen Inın əmisi Çan Son Txek edam edilib.
Bir neçə gün əvvəl Çan Son Txek birbaşa hakim partiyanın toplantısı zamanı Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsindən alınaraq həbs edilmiş, ona qarşı hakimiyyəti devirmək məqsədilə qruplaşma yaratmaq ittihamı irəli sürülmüşdü.
Xatırladaq ki, Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-la Şimali Koreya arasında münasibətlər kəskin pisləşib. Hətta yeni müharibənin olacağı istisna edilmir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər