BolgeXeber.Com » İdman » İtaliya çempionatında irqçi təhqirlərə məruz qalan futbolçu meydanı tərk edib-VİDEO

İtaliya çempionatında irqçi təhqirlərə məruz qalan futbolçu meydanı tərk edib-VİDEO

1-05-2017, 11:33
Oxunub: 3 059 İtaliya çempionatında irqçi təhqirlərə məruz qalan futbolçu meydanı tərk edib-VİDEOİtaliya A seriyasında irqçi insident yaşanıb

Apasport.az saytının məlumatına görə, “Peskara”nın futbolçusu Salli Muntari rəqib azarkeşlərin təhqirinə məruz qalıb.

A Seriyasının 34-cü turunda səfərdə “Kalyari” ilə qarşılaşan “Peskara” 0:1 hesabı ilə məğlub olub. Həmin matçın son dəqiqələrində meydan sahiblərinin azarkeşləri rəqibin futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.

Təcrübəli oyunçu vəziyyət barəsində ilk olaraq matçın baş hakiminə məlumat verib. Hakimin xəbərdarlığına məhəl qoymayan azarkeşlər təhqirə davam edincə, qanalı futbolçu şüarlara tab gətirə bilməyib və meydanı tərk edib.