BolgeXeber.Com » Gündəm » Ölümlə hədələnən Sabirabad sakini aidiyyatı qurumlara müraciət etdi-VİDEO

Ölümlə hədələnən Sabirabad sakini aidiyyatı qurumlara müraciət etdi-VİDEO

3-05-2017, 09:30
Oxunub: 4 329 Ölümlə hədələnən Sabirabad sakini aidiyyatı qurumlara müraciət etdi-VİDEOSabirabad rayonu Əsgərbəyli kənd sakini Valeh Atamoğlanov əmisi Aqil Şeydayevin göstərişi ilə onun oğlu və nəvələri tərəfindən vəhşicəsinə döyüldüyünü iddia edir

Hadisə mart ayının 27-də baş verib.Belə ki, saat 10-11 radələrində bostana baxmaq üçün çıxan şikayətçi Taleh Şeydayevin ona maddi zərər vurmaq üçün bostana su buraxdığının şahidi olub.
"Mən bu məsələni aydınlaşdırmaq üçün ona zəng etdim, o isə cavabında əcəb eləmişəm, sənə göstərəcəm dedi" - deyə Valeh Atamoğlanov bildirdi.
Polis şöbəsinə şikayət üçün gedən Valeh Atamoğlanov yolda Taleh Şeydayev ilə qarşılaşıb. Taleh Şeydayev şikayətçinin üstünə bıçaq çıxarıb hədə-qorxu gələmək istəyəndə Valeh Atamoğlanovun bibisi nəvəsi Malik bıçağı onun əlindən alıb. Şikayətini bildirdikdən sonra kəndə geri qayıdan Valeh Atamoğlanovun qarşısı bu dəfə Vaz 2106 markalı avtomobillə kəsilib.
Valeh Atamoğlanov bildirir ki, onu döyən şəxslər cibindəki 2787 manat pulu və Nokia markalı telefon da götürüblər.
Şikayətçinin sözlərinə görə, bu iki ailə arasında yaşanan münaqişə illərdir davam edir.
Valeh Atamoğlanov aidiyyatı qurumlara ünvanlamaq istədiyi müraciətini də bildirdi.
Bolgexeber.com