BolgeXeber.Com » Gündəm » "Azərterminal-kompleks"in (Bakı Baş Gömrük İdarəsi) sürücüsü qəzaya səbəb oldu

"Azərterminal-kompleks"in (Bakı Baş Gömrük İdarəsi) sürücüsü qəzaya səbəb oldu

4-05-2017, 12:13
Oxunub: 5 334 "Azərterminal-kompleks"in (Bakı Baş Gömrük İdarəsi) sürücüsü qəzaya səbəb olduMay ayının 2-də Yasamal rayonu Mirəli Seyidov küçəsində qəza hadisəsi baş verib

May ayının 2-də Yasamal rayonu Mirəli Seyidov küçəsində qəza hadisəsi baş verib.
Belə ki, "Azərterminal-kompleks"ə (Bakı Baş Gömrük İdarəsi) məxsus 99-AN-303 dövlət nömrə nişanlı "Jeep" markalı avtomobilin sürücüsü arxa tərəfdən hərəkətdə olan Mercedes E-230 markalı 10-ZO-230 dövlət nömrə nişanlı avtomobilin qarşısında təhlükəli manevr edərək qəzaya səbəb olub.
Bolgexeber.com xəbər verir ki,qəzanıtörədən sürücü hadisə yerindən uzaqlaşaraq, günahı "Mercedes"in sürücüsünün üzrəinə yıxmaq istəyib. Ancaq bu gün Yasamal Rayon Yol Polisi Şöbəsində təhlükəsizlik kameralarına düşən videomaterial izlənilib və məlum olub ki, günah həqiqətən də "Jeep" markalı avtomobilin sürücüsündə olub.
Zərərçəkmiş Zakir Sadiqov bildirir ki, sözügedən qəza nəticəsində onun avtomobilinə 1000 AZN-ə yaxın ziyan dəyib. Ancaq "Azərterminal-kompleks"ə məxsus avtomobilin sürücüsü heç bir təqsirinin olmadığını deyib.
Məsələ ilə bağlı Yasamal Rayon Yol Polis Şöbəsi ilə əlaqə saxladıq və bizə bildirdilər ki, hazırda araşdırmalar aparılır.
Bolgexeber.com