BolgeXeber.Com » Gündəm » "Özünüzü gicliyə qoymayın, sizi məhkəmədə mələdərəm!"-"Azərterminal-kompleks" rəsmisi redaktoru hədələdi-AUDİO

"Özünüzü gicliyə qoymayın, sizi məhkəmədə mələdərəm!"-"Azərterminal-kompleks" rəsmisi redaktoru hədələdi-AUDİO

4-05-2017, 14:49
Oxunub: 3 955 "Özünüzü gicliyə qoymayın, sizi məhkəmədə mələdərəm!"-"Azərterminal-kompleks" rəsmisi redaktoru hədələdi-AUDİOYasamal rayonu Mirəli Seyidov küçəsində baş verən qəzadan sonra "Azərterminal-kompleks"in sürücüsü hadisə yerindən qaçaraq günahı digər sürücünün üstünə atıb

Bir neçə saat əvvəl "Bolgexeber.com"da Bakı Baş Gömrük İdarəsinin tərkibində fəaliyyət göstərən "Azərterminal-kompleks"in sürücüsünün qəza törətməsi ilə bağlı məlumat vermişdik.
99-AN-303 dövlət nömrə nişanlı JEEP markalı avtomobillə təhlükəli manevrlar edən sürücü yol hərəkəti qaydalarına məhəl qoymadan qəzaya səbəb olub

Yasamal rayonu Mirəli Seyidov küçəsində baş verən qəzadan sonra "Azərterminal-kompleks"in sürücüsü hadisə yerindən qaçaraq günahı digər sürücünün üstünə atıb.
Ancaq bu gün Yasamal Rayon Polis Şöbəsindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, həmin küçədə quraşdırılmış təhlükəsizlik kameralarına qəza anbaan düşüb. Kadrlardan bəlli olur ki, qəzanın səbəbkarı "Jeep" markalı avtomobilin sürücüsüdür.
Məsələ ilə bağlı "Azərterminal-kompleks"in rəsmisi ilə əlaqə saxladıq və çox kobud rəftarla qarşılaşdıq.
Belə ki, özünü təqdim etmək istəməyən müsahib redaktorumuzun ünvanına "Özünüzü gic yerinə qoymayın, siz kimsiz ki, mən sizə özümü təqdim eliyim. Həmin şikayətçiyə də deyin ki, ağıllı olsun, nə deyirlər ona qulaq assın, sizi məhkəmədə mələdərəm!" deyərək təhdidlər yağdırdı.

Görünür, özünü təqdim etməyən "Azərterminal-kompleks" rəsmisi prezident İlham Əliyevin göstərişlərinə məhəl qoymur. Yoxsa heç vaxt sadə vətəndaşların probleminin həlli istiqamətində vicdanla çalışan jurnalistləri belə rahatlıqla təhdid edə bilməzdi.
Ölkə başçısı dəfələrlə vəzifəli şəxslərə jurnalistlərlə münasibətdə sadə olmağı, verilən suallara düzgün cavab verməyi tapşırıb. Ancaq yenə də bəzi vəzifəsindən sui-istifadə edən şəxslər jurnalistləri alçaldaraq, onlardan üstün olduqlarını, istədikləri vaxt dəstəyi üzlərinə as`a biləcəklərini göstərmək istəyirlər.
"Azərterminal-kompleks" rəsmisinin belə özbaşına danışığının səbəbini öyrənmək üçün Bakı Baş Gömrük İdarəsinin mətbuat xidməti ilə danışmaq istəsək də, dəstəyi qaldıran olmadı.
Həmin səsyazmanı sizə təqdim edirik.

Bolgexeber.com