BolgeXeber.Com » Bölgə » Heydər Əliyev 94: İntellektual yarış keçirilib

Heydər Əliyev 94: İntellektual yarış keçirilib

5-05-2017, 10:13
Oxunub: 6 034 Heydər Əliyev 94: İntellektual yarış keçirilibRayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı yarışda 8 komanda iştirak edib

Bolgexeber.com xəbər verir ki, Mayın 4-də Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyəti Təhsil Şöbəsi, Qarabağ Regional Bilik Evi, YAP rayon təşkilatı, Gənclər və İdman İdarəsi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş məktəblilər arasında intellektual yarış keçirib.

Tədbiri rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə açaraq məktəbliləri salamlayıb, onlara Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verib. Sonra YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov, Qarabağ Regional Bilik Evinin direktoru İradə Əkbərli, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Təhsil şöbəsinin nümayəndəsi Nigar Məstalızadə çıxış edərək məktəblilərə uğurlar diləyiblər. Qeyd olunub ki, bu istiqamətdə keçirilən müsabiqələr məktəblilərin bilik və bacarıqlarını nümayiş etdirməklə, onların intellektual səviyələrini yüksəldir, bilmədiklərini öyrənirlər.

Yarışda Köçərli kənd tam orta məktəbinin komandası I yerə, Qapanlı kənd tam orta məktəbinin komandası II yerə çıxmışlar.

Qalib komandalara ümummilli liderə həsr olunmuş ümumrayon tədbirində rayon Təhsil Şöbəsi və Qarabağ Regional Bilik Evi tərəfindən diplom və qiymətli hədiyyələr veriləcək.

Bolgexeber.com
Heydər Əliyev 94: İntellektual yarış keçirilib
Heydər Əliyev 94: İntellektual yarış keçirilib
Heydər Əliyev 94: İntellektual yarış keçirilib