BolgeXeber.Com » İqtisadiyyat » Dollar və avro bahalaşdı

Dollar və avro bahalaşdı

5-05-2017, 10:45
Oxunub: 3 427 Dollar və avro bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 5-ə olan məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 4-ü ilə müqayisədə 0,02% bahalaşaraq 1,7026 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8549 manatdan 1,8702 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0297 manatdan 0,0290 manata düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,4820 manatdan 0,4782 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1924 manatdan 2,1994 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6961 manatdan 0,6972 manatadək bahalaşıb.
Dollar və avro bahalaşdı
Dollar və avro bahalaşdı
Dollar və avro bahalaşdı
Dollar və avro bahalaşdı