BolgeXeber.Com » Şou-Biznes » ''5-ci bölüm ''Məhkumlar''ın kulmina- siyası olacaq''

''5-ci bölüm ''Məhkumlar''ın kulmina- siyası olacaq''

1-11-2012, 16:30
Oxunub: 4 739 Yaşar Əhmədov: 5-ci bölümdə əvvəlki 4 bölümdə qaranlıq qalan məqamlar açıqlanacaq

“Məhkumlar” serialının quruluşçu rejissoru və “Oscar production”un direktoru Yaşar Əhmədov mahkumlar.az saytına “Məhkumlar” bədii tele-serialının kulminasiya nöqtəsini təşkil edən,möhtəşəm 5-ci bölümü haqqında məlumat verdi :
"Zənimcə, 5-ci bölüm “Məhkumlar”ın indiyə qədər yayımlanan serialarının ən möhtəşəmidir desək yanılmarıq.Hadisə və gərginliklə dolu “Məhkumlar”ın 5 ci bölümü bundan əvvəl yayımlanan 4 bölümdəki qaranlıq qalan məqamların acıqlanması ilə yaddaşlara həkk olunacaq. Hadisə və dinamikası ilə hədsiz maraq doğuracağına əminik.Təbii ki, son söz həmişə olduğu kimi dəyərli tamaşaçılarımızındır.İzləsinlər və özləri qiymət versinlər. Sadəcə onu demək istəyirəm ki,məhz 5-ci bölümü izləməklə bizim “Məhkumlar”a məhkum olacaqlar.
Hadisələrə gəldikdə isə bəzi məqamları nəzərinizə çatdırım.5-ci bölümdə Adilin evinə gələnlər qapıda kiminlə qarşılaşacaqlar?Zərnitacın Röyanı Adilə aldığını eşidən Tünzalə necə addım atmağı düşünür?Şəbnəmin bu hadisələrə reaksiyası necə olacaq? Xəqani sevgilisinin qardaşına nişanlandığını biləcəkmi?Bəhramın başına nə oyunlar gələcək? Adilin intiqam üçün atdığı yeni addımlar nədən ibarət olacaq? Qardaşı Qadiri Fikrətin qaçırdığını bilən Qalib nələr edəcək?Bəhram oğlu Qadiri Fikrətin oğurlatdırdığını biləcəkmi?Restoranda basğına məruz qalan Fikrətin aqibəti necə olacaq? Adilin ölüm əmrini verən Bəhram daha nə addımlar atacaq.Bəhram Adili öldürə biləcəkmi.–Bütün bunlar haqqında hörmətli tamaşaçılarımız 1 noyabr 19:30-da ATV teleməkanında yayımlanacaq olan “Məhkumlar”serialının 5-ci bölümünü izlədikdən sonra xəbərdar olacaqlar”.
Bütün parametrləri ilə dünya teleseriallarının tələblərinə cavab verən "Məhkumlar" serialının 5-ci bölümünü izləməyi unutmayın...