BolgeXeber.Com » Bölgə » Beyləqanlı məmurla bağlı ilginc iddia... - Belə deyirlər...

Beyləqanlı məmurla bağlı ilginc iddia... - Belə deyirlər...

8-05-2017, 10:21
Oxunub: 3 667 Beyləqanlı məmurla bağlı ilginc iddia... - Belə deyirlər...Qohumbazlıq (nepotizm) favoritizmin bir növü olub ailə əlaqələri nəticəsində yaranır

Qohumbazlıq qohumlarının xeyrinə şəxsin öz səlahiyyətlərini istismar etməsidir. Qohumbazlıq korrupsiyanın ən gücləndirici amillərindən hesab olunur. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Azərbaycanda xüsusi ağırlaşdırıcı hallarda vəzifədən sui-istifadəyə görə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma... Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinnin müdiri İlqar Quliyev tutduğu vəzifənin səlahiyyətlərindən sui-istifadə edərək, rayonun bir sıra dövlət müəssisələrinə öz qohum-əqrəbasını yerləşdirib. Belə ki rayonun Təzəkənd kəndindəki uşaq bağçasına öz qızını, əmisi arvadını, qardaşının baldızı qızını müxtəlif vəzifələrə təyin etdirib. Bağçanın sabiq müdirəsi, 70 yaşlı pedaqoq haq etdiyi halda təmtəraqsız yola salındığı halda, rəhbər vəzifəyə radikal müxalifətçi ailəsinin yetirməsi olan gənc, təcrübəsiz xanım təyin olunub. El içində söz gəzir ki, bu təyinat bir tərəfdən rayon rəhbərliyində təmsil olunan şəxslərin siyasi orientasiyası şübhəli olan admlarla əlaqəsinin sübutu kimi xidmət etsə də, digər tərəfdən müvəqqəti xarakter daşıyır. Çünki İlqar Quliyev məhz öz qızını uşaq bağçasına rəhbər vəzifəyə irəli çəkdirməyi planlaşdırır.

Zaman-zaman İlqar Quliyevin öz qohumlarına "gün ağladığı", onlara rahat çörək qazanmaq imkanı yaratdığı barədə məlumatlar yayılıb. Belə əməlləri tutarkən başçı ilə hesablaşmadığı hallar da olub. Bildirilir ki, aralarında yaranan narazılıq səbəbindən RİH başçısı V.Abdullayev bir ara İlqar Quliyevlə yola getməyib və onu həndəvərindən kənarlaşdırmaq istəyib. Lakin İlqar Quliyev bölgəni Milli Məclisdə təmsil edən yerli deputatın ayağına minnətçi düşüb. Məhz deputatın tapşırığı ilə icra başçısı onu müavin postundan tərpətməyib. Hələ 1993-94-cü illərdə erməni qəsbkarlarının atdığı "Qrad" mərmisi Beyləqan xəstəxanasının hasarını uçuranda rayon sakini Yolçuyev İlqar adlı şəxs hasarın altında qalaraq dünyasını dəyişib. Mərhum İlqar Yolçuyevin gəlini İlqar Quliyevin əmisi qızıdır. Məhz bu qohumluq körpüsü ilə İlqar Quliyev əlaqələrini işə salaraq İlqar Yolçuyevə şəhid statusu əldə edib və mərhumun ailəsi həmin statusun qazandırdığı imtiyazlardan faydalanıb. Lakin həmkəndliləri yaxşı bilirlər ki, İlqar Yolçuyev döyüşlərdə iştirak etməyib. O hətta ölməmişdən 15-20 gün əvvəl hərbi xidmətə yararsız olduğunu təsdiqləyən "neqodnı bileti" də alıbmış. Buna baxmayaraq, saxta yolla ona şəhid statusu alan qohumları hətta mərhumun başdaşı üzərindəki sovet dönəmində çəkdirmiş olduğu fotoşəkildən nüsxələnmiş ilkin rəsmini də dəyişdirərək, bir növ "milliləşdirib" yenisi ilə əvəzləyiblər.

Ümumiyyətlə, Beyləqanda Quliyevlərə qarşı münasibət birmənalı deyildir. Çünki İlqarın atası Saday Quliyev Böyük Vətən müharibəsi illərində alman faşistlərinə işləyərək SSRİ əleyhinə casusluq edib. Bu barədə Saday kişini yaxşı tanıyan həmkəndlilərindən Mirzə Əliyev vaxtilə yuxarı instansiyalara müraciətlər etdiyinə görə İlqar Quliyev tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Siz deyin, İlqar Quliyevin qohumluq gücünə uşaq bağçasına yerləşdirdiyi kadrlar yetişməkdə olan nəsli hansı ruhda tərbiyə edə bilrlər? Onların tərbiyə etdiyi uşaqlar böyüyüb kim olacaqlar - Vətənə arxadan zərbə vuran casusmu, "neqodnı" qohumuna şəhid statusu əldə edən məmurmu?