BolgeXeber.Com » Gündəm » Bakıda hava soyumağa başlayır

Bakıda hava soyumağa başlayır

18-01-2011, 09:45
Oxunub: 6 349 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber-e verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yağıntılı olacağı ehtimal olunur.


Cənub-qərb küləyinin əsəcəyi, gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 2-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, yanvarın 18-də hava şəraitinin şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.