BolgeXeber.Com » İdman » IV İslam Həmrəyliyi Oyunlarına futbol yarışları ilə start verilir

IV İslam Həmrəyliyi Oyunlarına futbol yarışları ilə start verilir

8-05-2017, 12:49
Oxunub: 3 163 IV İslam Həmrəyliyi Oyunlarına futbol yarışları ilə start verilirIV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçiriləcək futbol yarışları ilə start veriləcək

Unikal.org-un məlumatına görə, açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında olacaq.

A qrupunda yer Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gələcək. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:30-da başlayacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.

İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.

8 may (bazar ertəsi)

Futbol

A qrupu

10:30. Səudiyyə Ərəbistanı - Mərakeş

"Azal Arena"

18:30. Azərbaycan - Kamerun

"Bayıl Arena"

B qrupu

12:30. Əlcəzair - Türkiyə

"Bayıl Arena"

16:30. Fələstin - Oman

"Azal Arena"