BolgeXeber.Com » Ölkə » Azərbaycanlı gənclər avtomobil qəzalarının qarşısını alan eynək düzəldiblər – VİDEO

Azərbaycanlı gənclər avtomobil qəzalarının qarşısını alan eynək düzəldiblər – VİDEO

9-05-2017, 09:52
Oxunub: 2 093 Azərbaycanlı gənclər avtomobil qəzalarının qarşısını alan eynək düzəldiblər – VİDEOAzərbaycanlı gənclər sükan arxasında yuxulayan sürücülərin törətdiyi avtomobil qəzalarının qarşısını almaq üçün yeni eynək düzəldiblər

Bolgexeber.com xezerxeber.az-a istinadən məlumat verir ki, onların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Onlar belə bir eynəyi düzəltməyə dostlarının ailəsində baş verən hadisədən sonra qərar veriblər.

Eynək göz qapaqlarının yumulmasının yatmaq və ya göz qırpması olduğunu ən gec 3 saniyədə təyin edir. Bundan sonra məlumatı blutuz vasitəsi ilə mobil telefondakı proqrama göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: