Qax sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT
9-05-2017, 13:40
Oxunub: 4 508
«Darvazam dağıldı, qonşunun hasarı uçdu... Toyuq-cücələr suyun altında qaldı. Hələ də evindən, zirzəmisindən su çəkənlər var»
Bunu Qaxın Cüdürlü kənd sakini Rüstəm Məhərrəmli deyir. Mayın 5-də axşam saatlarında başlayan leysan səhərə yaxın kəssə də, fəsadlarını hələ də yaşayanlar var. Qapıçayın daşması Cüdürlü və Marsan kəndlərindəki evlərin, zirzəmilərin su ilə dolmasına, təsərrüfatların xeyli zərər çəkməsinə səbəb olub.
Sakinin deməsinə görə, iri əkin sahələri, bostanlar, toyuq-cücə təsərrüfatları suyun altında qalıb:«Kəndlilər daha çox toyuq-cücə saxlamaqla məşğul olurlar. Elə özümün xeyli hinduşkam, toyuğum tələf oldu. Bostan suyun altında qaldı».
Marsan kəndində leysandan iki gün keçməsinə baxmayaraq, hələ də evinin zirzəmisindən su boşaldanlar var. Kənd sakini Həsən Səlimov deyir, əkin sahəsi və həyətdəki quşçuluq təsərrüfatı məhv olub.
Kəndlilər təbii fəlakətin vurduğu zərərin qarşılığında hökumətdən kompensasiya istəyirlər. Qax rayon İcra Hakimiyyətindən isə bildirilib ki, selin kəndlərə vurduğu zərərlər aradan qaldırılır: «Bu işlərlə rayonun fövqəladə hallar komissiyası məşğul olur. İşıq, qaz xətləri bərpa olunub, kəndlərdə işıq problemi yoxdur. Hazırda selin təsərrüfatlara vurduğu zərərlər qeydə alınır».
Selin məhv etdiyi quşçuluq və əkin təsərrüfatlarına görə kəndlilərə kompensasiya ödənilib-ödənilməyəci ilə bağlı sualı qurum cavablandırmayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə