BolgeXeber.Com » Ölkə » Qumru Fərhadovanın Magistratura diplomunun olmaması BDU-da aşkarlandı- ŞOK-VİDEO FAKT-Sevda Süleymanova nələr dedi?

Qumru Fərhadovanın Magistratura diplomunun olmaması BDU-da aşkarlandı- ŞOK-VİDEO FAKT-Sevda Süleymanova nələr dedi?

9-05-2017, 13:41
Oxunub: 6 475 Qumru Fərhadovanın Magistratura diplomunun olmaması BDU-da aşkarlandı- ŞOK-VİDEO FAKT-Sevda Süleymanova nələr dedi?GDU-nun Rektoru Qumru Fərhadova barədə hələ ki, qanuni ölçü götürmür

Respublika mətbuatında Qumru Fərhadovanın sənədlərində olan nöqsanlar və çatışmamazlıqlar barədə yetərincə yazılar dərc olunub. Ancaq təəssüflər olsun ki, rektor Y. Yusubov hələdə bu faktlar qarşısında susur.

Maraqlıdır ki, bu qədər susqunluğun səbəbi nədir? Bir müddət öncə internet portallarında Y.Yusifovun Universitetdə çalışan bəzi texniki işçilərə “xüsus diqqət və qayğı” ilə yanaşması barədə yazılar işıqlandırılmışdı. Bu qədər, yəni magistr təhsili olmayan birinə Fəlsəfə doktorluğu elmi adının verilməsinin mümkünlüyü ağlasığmazdır. Vetenperverler.az bu faktla bağlı geniş araşdırma aparmışdır.

(Məsələ ilə bağlı yazının araşdırmasından yazılan məqaləni burda oxuya bilərsiniz:Deputat Rərvin Kərimzadə və Abel Məhərrəmov saxta sənətləri imzalayıb - ALDADILIBLAR İDDİA)

Qumru Fərhadovanın Fəlsəfə doktorluğu ilə razılaşmayıb Alim olmaq arzusu barədə redaksiyamıza məlumat daxil oldu. Araşdırmalarımızdan məlum oldu ki, Q. Fərhadovanın Elmi katibi BDU-dan Sevda Süleymanovadır. Biz Fərhadovanın Müdafiə şurasına təqdim etdiyi şəxsi işlə maraqlandıq. Elmi katib Sevad Süleymanova bizə bildirdi ki, bəli Qumru Fərhadovanın Bizə təqdim etdiyi işin içində Magistratura təhsili barədə heç bir sənəd yoxdur. Sevda xanım əlavə etdi ki, bu halla bağlı Qumru xanıma da məlumat vermişəm.

Biz Qumru Xanımın Müdafiə Şurasına təqdim etdiyi şəxsi işini incələyərkən məlum oldu ki, Çavçavadze adına Gürcüstan Dövlət Universitetinin Marnauli filialında Bakalavr təhsili almış Fərhadova Magistratura təhsili almamışdır. Maraqlı olan digər bir hal bundan ibarətdir ki, BDU-nun rektoru Abel Məhərrəmov bu sənədin qəbul olması üçün imza atıb. Vetenperverler.az olaraq bu halla bağlı uzun prosesli araşdırma apardıq. Nəticədə məlum oldu ki, Qumru Fərhadovanın Fəlsəfə Doktorluğu vəsiqəsində bir çox nüfuzlu elm adamları və Deputatın da dərkənarı var.

Ancaq təəssüflər olsun ki, GDU-nun rektoru Y.Yusubov hələ ki, bu hallarla bağlı susmağa üstünlük verir. Maraqlıdr, Rektoru susmağa vadar edən nədir? Dəyərli oxucularımız sizlərə və aidiyyatı qurumlara Qumru Fərhadovanın sənədlərində olan saxtakarlıqları sübut edən video görüntüləri təqdim edirik.

P.S. Bakunews.az-a daxil olan bu məlumata Sevda xanımla əlaqə saxlayaraq tam aydınlıq gətirməsini istəsəkdə dəfələrlə zəng etməyimizə baxmayaraq Sevda Süleymanova zənglərimizə cavab vermədi.