Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib - VİDEO
10-05-2017, 10:30
Oxunub: 3 488
Futbol üzrə Çempionlar Liqasında 2016-2017 mövsümünün ilk finalçısı müəyyənləşib
"Report"un məlumatına görə, bu, İtaliyanın "Yuventus" klubudur.
Turin təmsilçisi Fransa "Monako"sunu səfərdə olduğu kimi, evdə də məğlub edib. Amma bu dəfə "knyazlıq təmsilçisi" 19 yaşlı hücumçusu Kilian Mbappenin qolu ilə yekun hesabın 2:0 olmasına imkan verməyib.
"2 ildən sonra finala yüksələn "Yuventus"un rəqibi yenə İspaniya təmsilçisi olacaq. Fərq isə ondadır ki, "Qoca Sinyora" "Barselona" deyil, "Real Madrid" və ya "Atletiko" ilə üz-üzə gələcək. Paytaxt təmsilçilərinin "Santyaqo Bernabeu" stadionunda keçirilmiş ilk görüşündə "kral klubu" qələbə qazanıb - 3:0. Cavab görüşü bu gün olacaq.
Qeyd edək ki, "Yuventus" 2014-2015 mövsümündə finalda "Barselona"ya 1:3 hesabı ilə uduzub. Bu dəfə həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
9 may
22:45. "Yuventus” (İtaliya) – "Monako” (Fransa) - 2:1
Qollar: Mario Mancukiç, 33. Dani Alveş, 44 - Kilian Mbappe, 69
Baş hakim: Born Keypers (Hollandiya)
Turin. "Yuventus Stedium”
İlk oyun - 2:0
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər