BolgeXeber.Com » İqtisadiyyat » Özəlləşdirilən müəssisələr müxtəlif iqtisadi sahələrin inkişafına təkan verir

Özəlləşdirilən müəssisələr müxtəlif iqtisadi sahələrin inkişafına təkan verir

10-05-2017, 11:12
Oxunub: 3 907 Özəlləşdirilən müəssisələr müxtəlif iqtisadi sahələrin inkişafına təkan verirəlləşdirilən əmlaklar iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına təkan verir

Belə ki, hərrac prosesində özəlləşdirilən əmlaklara yiyələn investorlar, fiziki və hüquqi şəxslər sonradan həmin əmlakı icarəyə verməklə gəlir mənbəyinə çevirə bilər. Bu isə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin canlanmasına, işçi qüvvəsinin artmasına şərait yaradır.

Komitə tərəfindən 10 may tarixində keçirilən növbəti hərrac zamanı paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.

Hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı Təsərrüfat hesablı poliklinikası olub. Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən qeyri yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir.

Hərracda özəlləşdirilmiş 3 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.
Özəlləşdirilən müəssisələr müxtəlif iqtisadi sahələrin inkişafına təkan verir

Hərrac prosesində özəlləşdirilən əmlakların mühüm üstün cəhəti qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilərlər.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 16 may tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.
Bolgexeber.com