BolgeXeber.Com » Bölgə » Seçicilər İmamverdi İsmayılovu tanıyırmı? (VİDEO)

Seçicilər İmamverdi İsmayılovu tanıyırmı? (VİDEO)

10-05-2017, 16:01
Oxunub: 7 498 Seçicilər İmamverdi İsmayılovu tanıyırmı? (VİDEO)"Deputat və seçici" adlı rubrikamızın yeni reportajı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkili seçilmiş İmamverdi İsmayılov haqqındadır

Rubrikamızın əsas məqsədi vətəndaşların problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir.
Sorğu apardığımız sakinlər İmamverdi İsmayılovdan razı olduqlarını bildirdilər. Sakinlər deyirlər ki, seçki kompaniyasından sonra da mütəmadi olaraq görüşlər keçirilib və müraciət edən vətəndaşların problemləri imkan daxilində həll olunub.

"Seçicilərin problemlərinin qabardılması və həll yollarının tapılması biz deputatların borcudur" - deyə İmamverdi İsmayılov telefon əlaqəsi zamanı əməkdaşlarımıza bildirib.
Rubrikamızın növbəti reportajı 20 saylı Nərimanov ikinçi seçki dairəsindən millət vəkili seçilmiş Adil Əliyev və 62 saylı Saatlı seçki dairəsindən seçilmiş Əflatun Amaşov haqqında olacaq.

Bolgexeber.com