BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı fenomen silahla görüntüləndi, sonra qaçdı — VİDEO

Azərbaycanlı fenomen silahla görüntüləndi, sonra qaçdı — VİDEO

10-05-2017, 17:17
Oxunub: 3 850 Azərbaycanlı fenomen silahla görüntüləndi, sonra qaçdı — VİDEOArtıq "Duel" filminin rəsmi teaseri təqdim olunub

"Ölkə.Az" xəbər verir ki, sosial şəbəkə fenomeni olan Mənsur Şərif "3 badam 1 qoz" filmindən sonra əldə etdiyi uğuru həmkarl Nicat Mütəllimovla "Duel" filmində təkrarlamağa çalışacaq.

Artıq "Duel" filminin rəsmi teaseri təqdim olunub. Teaserdən də göründüyü kimi film komediya və döyüş stilindədir. Teaserdə Mənsur Şərifin silahla görüntülənməsi də olduqca maraqla qarşılanıb.

Baş rollarını Mənsur Şərif, Nicat Mütəllimov, Ceyhun Bəndəliyev, Emil Musayev, Ülfət Bəşir, Fatma Mahmudova, Ziya Baxışovun və başqalarının canlandırdığı ekran işi komediya və döyüş janrındadır.

Filmin rejissoru Fuad İsmayılov, ssenari müəllifləri Emil Musayev, Vüsal Əhmədzadə və Camal Ağayev, baş prodüsseri isə Cəlal İsmayılovdur.