BolgeXeber.Com » Media » İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacağı açıqlanıb

İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacağı açıqlanıb

11-05-2017, 16:32
Oxunub: 2 934 İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacağı açıqlanıbAzərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalsitlərə bu il 22 iyul - Milli Mətbuat günündə təqdim ediləcək.

Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.

Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib