BolgeXeber.Com » Şou-Biznes » Əməkdar artistlərlə jurnalistlərin QARŞIDURMASI - Vəfa Zeynalovaya görə efirdə GƏRGİNLİK- VİDEO - FOTO

Əməkdar artistlərlə jurnalistlərin QARŞIDURMASI - Vəfa Zeynalovaya görə efirdə GƏRGİNLİK- VİDEO - FOTO

11-05-2017, 19:44
Oxunub: 4 268 Əməkdar artistlərlə jurnalistlərin QARŞIDURMASI - Vəfa Zeynalovaya görə efirdə GƏRGİNLİK- VİDEO - FOTO“Rejissorun üzərinə böyük məsuliyyət qoyursunuz. Rejissor gəlir aktrisanı başa salır, onunla işləyir. Amma rejissor görsə ki, aktrisanın intellekti yoxdur, əziyyət çəkər”

Aparıcı Elgiz Əkbərin “Elin gözü” verilişində Əməkdar artist Vəfa Zeynalovanın “Cavabım var” rubrikasındakı çıxışı müzakirə olunub.

Bolgexeber.com xəbər verir ki, həmkarları aktrisanın ünvanlanan sualların heç birinə cavab verə bilməməsinə münasibət bildirib.

Əməkdar artist Əli Nur qadın həmkarını müdafiə edib. O bildirib ki, savadın onun canlandırdığı rola aidiyyatı yoxdur:

“Teatr, kino aktyor və aktrisaları seçilərkən onların intellekti heç vaxt nəzərə alınmır. Onların fiziki görünüşləri və istedadları, emosiyaları nəzərə alınır. Aktrisa Natavan roluna çəkilirsə, onun xalqın səsi olan, görünüşü və gözəlliyi olmalıdır. Aktrisa səhnədə istedadlıdırsa, intellektinin dəxli yoxdur. İntellekt rejissora lazımdır. Vəfa Zeynalova intellektli aktrisadır. Bilik aktrisa üçün əzabdır. İnsan çox bildikcə, əziyyət çəkir”.

Aparıcı E.Əkbər aktyorun fikirlərinə etiraz edib:

“Rejissorun üzərinə böyük məsuliyyət qoyursunuz. Rejissor gəlir aktrisanı başa salır, onunla işləyir. Amma rejissor görsə ki, aktrisanın intellekti yoxdur, əziyyət çəkər”.

Əməkdar artist Mehriban Xanlarova isə biliyin aktrisalıq istedadına aidiyyatının olmadığını söyləyib:

“Əgər bizə hansısa obraz verilirsə, onu araşdırır, həyatını öyrənirik. Mən çox aktyorlardan da savadsızam. Məktəbdə də pis oxuyan şagird olmuşam. Bunu demək mənim üçün ayıb deyil. Universitetə qəbul olanda mən baş rol ifaçısıydım, İlyas Əfənidyevin “Sarı köynəklə Valehin nağılı”nda oynayırdım”.

Əməkdar artist Vahid Əliyev də V.Zeynalovaya haqq qazandırıb:

“İnsanlar bütün suallara cavab bilirlər? Əlbəttə, yox. Adam dahi yanında adam olur. Aktyor sənəti hobbi ola bilər. Amma rejissorluq elmdir. Yaradıcı adam savadı olmadıqda müəyyən bir həddə dayanır. Ruhla işləyən adamlar var”.

Proqramda jurnalistlərlə aktyorlar arasında məsələ ilə bağlı qarşıdurma yaranıb.