BolgeXeber.Com » Şou-Biznes » Evli kişiyə ərə getdiyi deyilən xalq artisti danışdı - "Həmin şəxs tərbiyəsizdir..."

Evli kişiyə ərə getdiyi deyilən xalq artisti danışdı - "Həmin şəxs tərbiyəsizdir..."

13-05-2017, 13:53
Oxunub: 5 129 Evli kişiyə ərə getdiyi deyilən xalq artisti danışdı - "Həmin şəxs tərbiyəsizdir..."Mayın 24-də evlənməyə hazırlaşan xalq artisti Aygün Bayramova bu gün onun haqda çıxan xəbərlərə aydınlıq gətirib

Metbuat.az-a danışan xalq artisti onun evli bir kişiyə ərə getməsi haqda çıxan xəbərləri yalanlayıb. O, gələcək həyat yoldaşının ona görə öz arvadından boşanmadığını da qeyd edib:

“Həmin şəxsin nikah sənədlərini göstərim? Məndən ötrü çox ayıb olar. Bu xəbəri yayan kimdir bilmirəm, sadəcə həmin şəxs tərbiyəsizdir. Fəramərz Cənubi Azərbaycandan olsa da, Bakılıdır. O, evli olub və illər öncə ayrılıb. Bir daha qeyd edirəm ki, illər öncə ayrılıb. Yəni, bu boşanma mənə görə olmayıb. Fəraməz uzun illərdir ki, subaydır. Onun hələ də evli olması haqda çıxan xəbərlərin hamısı yalandır”