BolgeXeber.Com » İdman » Azərbaycan yığması 50 medal qazanıb - SİYAHI

Azərbaycan yığması 50 medal qazanıb - SİYAHI

15-05-2017, 10:05
Oxunub: 3 041 Azərbaycan yığması 50 medal qazanıb - SİYAHIBunlardan 24-ü qızıldır

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançıları 28 medal qazanıblar. Bu medallardan 14-ü qızıl, 8-i gümüş, 6-sı isə qızıldır.

İstiPress xəbər verir ki, Azərbaycan yığma komandası yarışın ikinci günündə də medal siyahısına başçılıq edir. Hazırda milli komandamızın aktivində 50 medal - 24 qızıl, 17 gümüş və 9 bürünc var.

Azərbaycanın ən yaxın izləyicisi Türkiyə milli komandası 59 medalla ikinci sıradadır. Bu medallardan 20-sı qızıl, 24-ü gümüş, 15-i bürüncdür.

İlk beşliyi Özbəkistan (21 medal, 5-4-12), İndoneziya (23 medal, 4-10-9) və İran (17 medal, 4-5-8) tamamlayır.

Ümumilikdə iki gün ərzində 17 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.
Azərbaycan yığması 50 medal qazanıb - SİYAHI