BolgeXeber.Com » İdman » Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər

Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər

15-05-2017, 11:38
Oxunub: 3 415 Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilərCənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər

Bolgexeber.com APA-ya istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.

“Cənubi Koreya, KXDR, Çin və Yaponiya arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”,- deyə federasiya prezidenti bildirib.

Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib.