BolgeXeber.Com » Sosial » Təqaüdçülər də vergi ödəməlidir - RƏSMİ AÇIQLAMA

Təqaüdçülər də vergi ödəməlidir - RƏSMİ AÇIQLAMA

15-05-2017, 17:25
Oxunub: 3 484 Təqaüdçülər də vergi ödəməlidir - RƏSMİ AÇIQLAMATəqaüdçülər yaşadığı evə və torpağa görə qanunla bələdiyyə vergisi ödəməlidirlərmi?

AZƏRTAC-ın bu sualına Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən cavab olaraq bildirilib ki, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisi və xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalara görə əmlak vergisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanaraq yerli (bələdiyyə) büdcəyə ödənilməlidir.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, təqaüdçülərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Torpaq vergisi üzrə isə təqaüdçülərə vergi güzəştinin məbləği Vergi Məcəlləsi ilə müəyyən edilməyib. Bununla yanaşı, bələdiyyələr yerli vergiödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək barədə qərar qəbul edə bilərlər.