BolgeXeber.Com » Dünya » Hər gün yeməyə tam yararlı 1.4 milyon bananı zibilliyə atanlar kimlərdir

Hər gün yeməyə tam yararlı 1.4 milyon bananı zibilliyə atanlar kimlərdir

15-05-2017, 17:49
Oxunub: 2 104 Hər gün yeməyə tam yararlı 1.4 milyon bananı zibilliyə atanlar kimlərdirHökumətin “Wrap” adlı tullantıya nəzarət qrupunun bu rəqəmləri bugün, mayın 15-də Sainsbury's supermarketlər şəbəkəsi tərəfindən dərc olunub və Birləşmiş Krallıqda nə qədər ərzağın tullantıya çevrilməsinin miqyasını göstərir

"The Guardian" qəzeti yazır ki, britaniyalılar hər gün yeməyə tamamilə yararlı və illik dəyəri 80 milyon funt sterlinq edən 1, 4 milyon bananı zibilə atırlar.İstehlakçıların 30 faizi bildirib ki, bananın zibil yeşiyinə atılması üçün onun qabığının azca cızılması və ya qaralması kifayət olub. Sorğuda iştirak edənlərin hər 10 nəfərindən biri (13 faiz) bildirib ki, bananı üzərində azca yaşıl rəngin olmasına görə tullayırlar.

Hökumətin “Wrap” adlı tullantıya nəzarət qrupunun bu rəqəmləri bugün, mayın 15-də Sainsbury's supermarketlər şəbəkəsi tərəfindən dərc olunub və Birləşmiş Krallıqda nə qədər ərzağın tullantıya çevrilməsinin miqyasını göstərir.

Sainsbury's şəbəkəsinin 5 il müddətinə nəzərdə tutulmuş 10 milyon funt sterlinqlik "Tullantını Azalt, Qənaəti Çoxalt" (Waste Less, Save More) ümumölkə təşəbbüsü müştərilərə ərzaq tullantısının azaldılması üçün faydalı məsləhətlər verir. Rəsmi statistika göstərir ki, Birləşmiş Krallıqda hər bir ailə ildə orta hesabla 700 funt sterlinqlik ərzağı zibilə atır. Sözü gedən təşəbbüs bu rəqəmin 50 faiz azaldılması məqsədini güdür.

Sainsbury's habelə piştaxtalarından birini "bananları xilas" təşəbbüsü üçün ayırıb və müştərilərə azca çox yetişmiş bananlardan banan çörəkləri, piroqları və ponçiklərinin hazırlanmasını məsləhət görür. Mağazalar şəbəkəsi təkcə quru təşəbbüs qaldırmaqla kifayətlənmir. Ötən il şəbəkənin ölkə boyunca 110 mağazasındakı çörəkbişirmə sexləri müştərilərin banan çörəyinin dadına baxmasına imkan yaradıb. Britaniyalıların 61 faizi banandan heç bir xörək və ya piroq hazırlamadığını bildirib. (BBC)