BolgeXeber.Com » Ölkə » Hərraclarda innovasiyaların, müasir yanaşmaların tətbiqi özəlləşdirmədə şəffaflığı və optimallığı artırır

Hərraclarda innovasiyaların, müasir yanaşmaların tətbiqi özəlləşdirmədə şəffaflığı və optimallığı artırır

16-05-2017, 12:29
Oxunub: 2 058 Hərraclarda innovasiyaların, müasir yanaşmaların tətbiqi özəlləşdirmədə şəffaflığı və optimallığı artırırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və hazırki iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqini genişləndirir. Bu məqsədlə qabaqcıl ölkələrin özəlləşdirmə təcrübəsi, həmin dövlətlərdə tətbiq olunan müasir özəlləşdirmə prosedurları və metodları öyrənilir.
Özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün həyata keçiriləön mühüm yeniliklərdən biri komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclardır. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Beləki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 16 may tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Beləki, adıçəkilən əmlak 1 milyon 355 min 500 manata özəlləşdirilib. Həmin əmlakın torpaq sahəsi 7869 kv.m, ümumi faydalı sahəsi isə 958 kv.m təşkil edir. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyasıda qiyməti ilə digərlərindən fərqlənir. Beləki, həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, topaq sahəsi isə 22 min 239 kv.m təşkil edir.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda digər isə Abşeronda yerləşir.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 4-ü paytaxtın Nərimanov və Yasamal rayonlarında, 2-si isə Gəncə şəhərində yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 20 min 700 manat olub. Ümumili faydalı sahəsi isə 53 kv.m təşkil edib. Ən ucuz qiymətə özəlləşdiriolən əmlak isə 7 min manat olub. Ümumi faydalı sahəsi isə 66.4 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10 kv.m ilə 66 kv.m, qiymətləri isə 5 min 500 manatla 20 min 700 manat arasında dəyişib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı 500 mindən artıqdır.
Hərrracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Beləki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur. Qeyd edilməlidir ki, hazırda 500-ə yaxın dövlət əmlakı - kiçik müəssisə və obyektlər, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri hərrac prosesinə cəlb edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesində daha bir yeniliyə imza atıb. Beləki, Komitə “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” elektron xidmətini istifadəyə verib. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər. Elektron hərracın yaradılmasında əsas prinsib özəlləşdirilmənin həyata keçirilməsi üçün təşkil olunan hərraclarda şəffafflığının təmin olunması, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqidir. Həmçinin bu sahədə operativliyin təmin olunması, vətəndaş məmur münasibətlərinin minumuma endirilməsi, zaman və məkan məhfumunun aradan qaldırılması, investorların özələşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanların yaradılması da əsas vəzifələrdəndir.
Elektron hərraca qatılmaq prosesi rasionallığı və funksianallığı ilə seçilir. İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmək üçün istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.
Qeydiyyatdan keçmiş sifarişçinin hərracda iştirakla bağlı seçim imkanı olur. Beləki, onlar həm hərrac günü göstərilən vaxt prosesin keçirildiyi yerə gələ bilər, həm də hərrac keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə daxil olaraq hərracda onlayn iştirak edə bilər. “Elektron Hərrac” da ilkin mərhələdə nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi mümkündür. Digər əmlakların da “Elektron Hərrac” vasitəsilə özəlləşdirilməsi də yaxın gələcəkdə reallaşacaq. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Qeyd edilməlidir ki, hazırda 40-a yaxın nəqliyyat vasitəsi Elektron hərrac vasitəsilə özəlləşdirilməyə açıq elan edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi qeyri yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Məqsəd dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasıdır. Bolgexeber.com
Hərraclarda innovasiyaların, müasir yanaşmaların tətbiqi özəlləşdirmədə şəffaflığı və optimallığı artırır
Hərraclarda innovasiyaların, müasir yanaşmaların tətbiqi özəlləşdirmədə şəffaflığı və optimallığı artırır