BolgeXeber.Com » Sosial » Azərbaycanda 220 nəfər qidadan zəhərlənib - 3 nəfər ölüb

Azərbaycanda 220 nəfər qidadan zəhərlənib - 3 nəfər ölüb

16-05-2017, 13:50
Oxunub: 2 874 Azərbaycanda 220 nəfər qidadan zəhərlənib - 3 nəfər ölübBu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 142 qida zəhərlənməsi baş verib ki, nəticədə 220 nəfər zərər çəkib, 3 nəfər ölüb

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, yanvar-mart ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.

Təkcə bu ilin aprel ayı ərzində 39 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 58 nəfər zərər çəkib.

Apreldə 2 botulizm hadisəsi baş verib ki, bundan da 5 nəfər zəhərlənib.