BolgeXeber.Com » Siyasət » Ukrayna Rusiya saytlarını blokladı- "VKontakte", "Odnoklassniki"...

Ukrayna Rusiya saytlarını blokladı- "VKontakte", "Odnoklassniki"...

16-05-2017, 16:31
Oxunub: 3 141 Ukrayna Rusiya saytlarını blokladı- "VKontakte", "Odnoklassniki"...Prezident Pyotr Poroşenko sanksiya tətbiq edilən Rusiya fiziki və hüquqi şəxslərinin siyahısının genişləndirilməsi barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 28 aprel tarixli qərarının həyata keçirilməsi barədə fərman imzalayıb

İKT.lent.az-ın Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, genişləndirilmiş siyahıda 1228 fiziki və 468 hüquqi şəxsin adı var.

Qərarda “VKontakte”, “Odnoklassniki”, “Yandex”, “Mail.ru” kimi məşhur internet resurslarına girişin blok olunması nəzərdə tutulur. RBK, “TV Tsentr”, “NTV Plyus”, “Zvezda” telekanalları, VQTRK, “Kasperskaya Laboratoriya”, “DrWEB” də sanksiya siyahısına salınıb.

Ukrayna internet provayderlərinə bu resurslara 3 il müddətində girişi dayandırmaq barədə tapşırıq verilib.