BolgeXeber.Com » İdman » Azərbaycan idmançısı Ukrayna vətəndaşlığını geri qaytarmaq istəyir

Azərbaycan idmançısı Ukrayna vətəndaşlığını geri qaytarmaq istəyir

17-05-2017, 10:44
Oxunub: 2 984 Azərbaycan idmançısı Ukrayna vətəndaşlığını geri qaytarmaq istəyirAvarçəkmə üzrə olimpiya çempionu İnna Osipenko-Radomsaya iki il Azərbaycan yığmasında çıxış etdikdən sonra evə qayıtmağı və Tokio-2020-də Ukrayna yığması üçün çıxış etməyi planlayır

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Korrespondent” nəşri yazır.

“Rioda Olimpiya oyunları mənim üçün təcrübə oldu, Azərbaycan da yaxşı təcrübə idi, amma o artıq tarixdə qaldı. Alınarsa evə qayıtmağı və Ukrayna yığması üçün çıxış etməyi düşünürəm.

Tokioda öz ölkəm üçün mübarizə aparmaq istəyirəm, çünki qəlbimdə, anımda özünün olan qalır. Orda olanda sanki işdə idim. Nəticə əldə edən də həm mənəvi həzzi almırsan. Çünki öz rəngində deyilsən. ona görə də düşünürəm ki, gələcəkdə hər şey alınacaq”, - İnna etiraf edib.

İnna Osipenko-Radomskaya Pekində Olimpiya Oyunları – 2008-də qızıl medal, eləcə də London-2012-də iki gümüş, Afina-2004-də bürünc qazanıb. Azərbaycan yığmasının tərkibində Osipenko-Radomskaya 2016-cı ildə Rio-de-Janeyroda bürünc mükafat qazanıb.