BolgeXeber.Com » Sosial » Müəllimlərin işə qəbul və yerdəyişmə qaydaları təsdiqləndi – ƏMR

Müəllimlərin işə qəbul və yerdəyişmə qaydaları təsdiqləndi – ƏMR

17-05-2017, 10:10
Oxunub: 3 447 Müəllimlərin işə qəbul və yerdəyişmə qaydaları təsdiqləndi – ƏMRTəhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb

Lent.az-ın məlumatına görə, əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilib.

Müəyyən edilib ki, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunmuş Qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılır.

Əmrlə 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilib. Müəyyən edilib ki, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir.

2017-2018-ci tədris ilində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apellyasiya komissiyasının tərkibi təsdiq edilib.

Bildirilib ki, cari il iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılması və təhlili təmin edilməlidir.

Bundan başqa, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 25 may – 15 iyun tarixlərində təşkil ediləcək.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 01-14 iyul tarixlərində elektron ərizələrin qəbulunu təşkil ediləcək.

Yerli təhsili idarəetmə orqanlarına tapşırılıb ki, vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla 25 may tarixinə kimi proqram təminatına daxil edilməsini təmin etmək tapşırılıb.

Bundan başqa, müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin 15.09.2017-ci il tarixinədək bağlanılmasını təmin ediləcək.

Ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişlərin vaxtında verilməsini təmin etmək və Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında 20.09.2017-ci il tarixədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim etmək tapşırığı verilib.