BolgeXeber.Com » Xəbərlər » ƏMDK-dən açıqlama: "Bütün rüsumlar qanun çərçivəsində təyin olunur"

ƏMDK-dən açıqlama: "Bütün rüsumlar qanun çərçivəsində təyin olunur"

17-05-2017, 12:23
Oxunub: 2 847 ƏMDK-dən açıqlama: "Bütün rüsumlar qanun çərçivəsində təyin olunur"Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yarandığı gündən bu günə qədər fəaliyyət istiqamətləri üzrə tam şəffaflığı təmin etdiyi göz önündədir

ƏMDK-nin sədri Kərəm Həsənov keçirdiyi regional qəbul görüşlərində vətəndaşların qərəzli problemlərinin həlli istiqamətində də müvafiq tapşırıqlar verir və həmin problemlər qısa müddət ərzində araşdırılır və həll olunur.
ƏMDK hər keçən gündə inkişafa doğru addımlar atır və artıq bəzi prosedurlar elə nizama salınıb ki, vətəndaşların hər dəfə hansısa bir məlumatu əldə etmək üçün ərazi idarələrinə gedib-gəlməsinə də ehtiyac olmur.
Keçirilən hərraclarda satışa çıxarılan torpaq sahələrinin sıyahısı və ümumi nəticələr birbaşa olaraq komitənin rəsmi internet səhifəsində elan olunur: http://www.stateproperty.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/h%C9%99rraclar
Bununla yanaşı, hüquqi hərəkətlərə görə ödənməli olan rüsumlara da nəzər yetirmək artıq çox asandır:
http://www.stateproperty.gov.az/index.php/az/qanunvericilik/r%C3%BCsumlar

Son günlər bir çox xəbər portallarında da ƏMDK-nin fəaliyyəti ilə bağlı geniş yazılar dərc olunur, geniş reportajlar hazırlanır.
Həmin reportajlardan da bəlli olduğu kimi, komitənin əlverişli fəaliyyəti ilə bağlı yazılan yazılar öz təsdiqini tapır.
Çünki müraciət edən vətəndaşların heç biri ƏMDK-dən narazı qalmır. Göstərilən peşəkar xidmət sakinlərin razılığına səbəb olur.
Sakinlər bildirirlər ki, Əmlak Məslələri üzrə Dövlət Komitəsində həyata keçirilən son struktur dəyişikliyi, demək olar, bütün fəaliyyət istiqamətlərində özünü göstərir:
"Artıq günlərlə idarələrə gedib-gəlmək, sənədin verilməsində gecikmələr deyə bir şey yoxdur. Təyin olunan rüsumlara əsasən ödənişimizi edirik, sonra da sənədimizi alırıq" - deyə vətəndaşlar qeyd ediblər.

Artıq vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və çevik şəkildə tanış ola biləcəklər. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində bu siyahını əks etdirən “Vətəndaşların nəzərinə” adlı ayrıca keçid (link) yaradılıb.

Burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını bu linkdə görə bilərlər.
Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranan tarixdən əvvəl yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərin siyahısı da linkdə əksini tapıb.
Qeyd olunan linklə aşağıda tanış olmaq üçün:
http://www.emdk.gov.az/index.php/az/v%C9%99t%C9%99nda%C5%9Flar-%C3%BC%C3%A7%C3%BCn/%C3%A7%C4%B1xar%C4%B1%C5%9F-il%C9%99-ba%C4%9Fl%C4%B1-t%C9%99l%C9%99b-olunan-s%C9%99n%C9%99dl%C9%99rin-siyah%C4%B1s%C4%B1

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 may 2017-ci il tarixdə Balakən rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək. Qəbulda Balakən ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.
Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda yuxarıda qeyd olunmuş Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Komitənin 17 saylı ərazi şöbəsi: (2422) 5-22-52, (2429) 5-10-56

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi: (02422) 4-00-63, (02429) 5-21-73

Eyni zamanda vətəndaşlar Şəki şəh. 20 Yanvar küç. 8 və Balakən şəhəri, R.Səmədov küçəsi,3 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.
Bolgexeber.com