BolgeXeber.Com » Xəbərlər » Yataq otağına kamera yerləşdirdi: oğrunun kim olduğunu görəndə ŞOK OLDU - VİDEO

Yataq otağına kamera yerləşdirdi: oğrunun kim olduğunu görəndə ŞOK OLDU - VİDEO

17-05-2017, 15:44
Oxunub: 2 409 Yataq otağına kamera yerləşdirdi: oğrunun kim olduğunu görəndə ŞOK OLDU - VİDEOTürkiyənin Adana şəhərində ilginc oğurluq hadisəsi qeydə alınıb

Seyhan mahalında meydana gələn hadisədə Fatih K.-nin yataq otağından 1.5 ildir 15 min manat dəyərində qızıl və pul oğurlanırmış. Oğruyla bacara bilməyən Fatih K. yataq otağına gizli kamera yerləşdirib. Fatih K. evə gəlib axşam görüntüləri izlədikdə bir qadının yataq otağına girərək paltar şkafından içində pul olan pulqabını götürdüyünü görüb. Görüntüyə diqqətlə baxdıqda qadının alt mərtəbədəki qonşusu Dilek A. olduğunu müəyyən edib.
Fatih K.polisə müraciət etməmişdən əvvəl Dilek A. -nın həyat yoldaşını çağırıb zərərinödənməsini istəyib. Fatih K.aradan vaxt keçməyinə baxmayaraq zərərinin ödənmədiyinə görə görüntülərlə polisə müraciət edib.
Polis Dilek A.-nı nəzarətə götürüb. Fatih K.-nin polisəifadəsindəDilek A.-nın evə qəhvə içmək bəhanəsi ilə gəlib mətbəxdə həyat yoldaşının telefonunu oğurladığını deyib. Zərərçəkmiş şəxs oğrunun daha sonra telefonla danışmaq bəhanəsiylə yataq otağına gediboğurluq etdiyini söyləyib.
Bundan əlavə Fatih K.Dilek A. və qardaşının evlərinə gələrək onları təhdid və təhqir etdiyini də qeyd edib. Dilek A.həm təhdid və təhqir, həm də oğurluqda təqsirləndirildiyiüçün barəsində istintaq başlanılıb. /milli.az