BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi regionda turizm potensialının yüksəldilməsi ilə bağlı təlimləri davam etdirir

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi regionda turizm potensialının yüksəldilməsi ilə bağlı təlimləri davam etdirir

17-05-2017, 17:37
Oxunub: 3 449 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi regionda turizm potensialının yüksəldilməsi ilə bağlı təlimləri davam etdirirBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına sarayda tutmuş tədbir böyük marağa səbəb olub

Əsasən gənclərin iştirak etdiyi tədbirdə Yevlax şəhərində Turizm potensialının yüksəldilməsi, yeni-yeni turizm klasterlərinin tanıdılması, yaradılması və bölgəyə daha çox turistlərin cəlb olunması müzakirə olunub.
Tədbiri çıxış sözü ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədov açıb. O qeyd edib ki,:- “Bu tədbirin Yevlax şəhərində təşkil olunması çox ürək açan və əlamətdar hadisələrdən biridir. Mən qeyd etmək istərdim ki, Yevlax şəhəri tarixi zənginliyi ilə məhşur şəhərlərdən biridir. Bu şəhər qədim zamanlardan ipək yolu üzərində yerləşib və bura bütün ticarət yolların kəsişən bir nöqtəsi olub.
Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov Yevlax şəhəri üçün nəzərdə tutulmuş turist marşrutundan və buranın gərəkli turizm potensilından danışıb. Hikmət Heydərov məlumat üçün bildirib ki, :” Biz artıq region üçün turizm marşrutu müəyyən etmişik. Burada yalnız bir məqsədimiz var : Regionumuzda turizmi inkişaf etdirməli və bu zəngin tarixi, mədəni – mənəvi sərvəti ölkəmizdə, həmçinin ölkə hüdudlarından kənarda da nümayiş etdirməliyik. Düşünürəm ki, bu zəngin, əlverişli məkan çox gözəl potensiala malikdir və bu cür sərvətə biganə qalmaq olmaz”. Sonra Hikmət Heydərov Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və tabeliyindəki nümayəndəliklərdə turizm sənayesinin məqsədyönlü şəkildə inkişaf etdirilməsi üçün hazırlanan planlardan söz açıb.
Çıxış edənlərdən Regional İdarənin məsləhətçisi Səbuhi Qasımov Regionda Turizm potensialının inkişaf etdirilməsi məsqsədi ilə qarşıya qoyulmuş prioritet istiqamətlər barədə təlim iştirakçılarına məlumat verib. O qeyd edib ki, : “Regionumuza məxsus olan tarixi abidələri, müalicəvi əhəmiyyətli termal su mənbələrini, həmçinin, bu ərazilərə məxsus ovçuluq turizmi olan balıq ovunu daha da tanıdaraq bu ərazilərə davamlı turist axınını cəlb etməliyik”.
Regional İdarənin məsləhətçisi Ceyhun İsmayılzadə isə ölkəmizdə son dövrlərdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdən söz açıb. O nəzərə çatdırıb ki, “ Bildiyiniz kimi ölkəmiz çox böyük idman yarışlarına və müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Bu da öz növbəsində ölkəmizin turizm potensialının tanıdılımasına, inkişaf etdirilməsinə, mədəniyyətimizin təbliğ olunmasına böyük zəmin yaradır. Biz həmin əlverişli şəraitdən istifadə edərək turistlərin davamlı şəkildə regionumuza səfər etmələri üçün təbliğat işlərini daha da gücləndirməliyik”.
Tədbir qarşılıqlı diskursiya şəklində davam edib. Səsələndirilən fikirlər ətrafında müzakirələr aparılaraq müvafiq qeydlər aparılıb.
Bolgexeber.com