BolgeXeber.Com » Xəbərlər » QARACIYƏR XƏRÇƏNGİNİN RİSK FAKTORLARI VƏ ƏLAMƏTLƏRİ HANSILARDIR ?

QARACIYƏR XƏRÇƏNGİNİN RİSK FAKTORLARI VƏ ƏLAMƏTLƏRİ HANSILARDIR ?

17-05-2017, 20:43
Oxunub: 4 866 QARACIYƏR XƏRÇƏNGİNİN RİSK FAKTORLARI VƏ ƏLAMƏTLƏRİ HANSILARDIR ?ƏGƏR HƏR HANSI BİR QARACİYƏR XƏSTƏLİYİNİZ VARSA HƏR 6 AYDAN BİR MÜAYİNƏ OLUNMAĞINIZ MƏSLƏHƏTDİR

Bütün dünyada qaraciyər xərçəngi artmaqdadır. Xərçəng səbəbi ilə ölümlərin içərisində III yerdədir. Yaşlılarda cavanlara nisbətən , kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir.Bu barədə terapevt-qastroenteroloq Mətanət Cəfərovanın həkim məsləhətlərini təqdim edirik:

RİSK FAKTORLARI HANSILARDIR ?

- Qaraciyər sirrozu ( böyüklərdə ən çox hepatit B və C ilə əlaqəli , uşaqlarda hemaxromatozla əlaqəli ) - Anabolik streaoidlərin qəbulu - Ailəsində qaraciyər xərçəngi olanlar - Aktiv qaraciyər xəstəliyi ( məsələn yüksək HBV–DNT) - Əlavə olaraq piylənmə , diabet , aflatoksin , androgen , oral kontraseptivlər , alkoqol və siqaret də riski artıran faktorlardır. - Kofe isə qaraciyər xərçəngi riskini azaldır.

ƏLAMƏTLƏRİ HANSILARDIR ?

- Səbəbsiz çəki itirmək ( arıqlamaq )
- İştahasızlıq - Özünü xəstə kimi hiss etmək
- Çox az yeməkdən sonra belə toxluq və şişkinlik hissi
- Qarında rahatsızlıq və ya ağrı
- Səbəbsiz bel ağrısı - Səbəbsiz qan azlığı
- Şişkin bir qarın
- Dərinin saralması
- Qaşınma
- Xroniki Hepatiti və ya sirrozu olan xəstənin birdən birə pisləşməsi - Yüksək qızdırma və tərləmə Bu əlamətlərdən hər hansı biri varsa həkimə müraciət edin.
! UNUTMAYIN ! Xəstəlik bəzən əlamətsiz də başlaya bilər.
ƏGƏR HƏR HANSI BİR QARACİYƏR XƏSTƏLİYİNİZ VARSA HƏR 6 AYDAN BİR MÜAYİNƏ OLUNMAĞINIZ MƏSLƏHƏTDİR . ( xüsusi ilə ailəsində qaraciyər xəsrçəngi olan Hepatit B daşıyıcıları olan)

Bolgexeber.com