BolgeXeber.Com » İdman » Kikboksçularımız Macarıstanda yarışacaqlar

Kikboksçularımız Macarıstanda yarışacaqlar

18-05-2017, 09:23
Oxunub: 3 076 Kikboksçularımız Macarıstanda yarışacaqlarMayın 18-dən 22-nə kimi Macarıstanda WAKO-nun təqvim planına uyğun olaraq dünya kuboku uğrunda kikboksinq yarışları keçiriləcək

Bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Macarıstanda ölkəmizi təmsil edəcək idmançılarla görüş keçirib. Görüşdə AKF prezidenti kikboksçulara öz tövsüyələrini verərək, onlara uğurlar arzu edib. Adil Əliyev hər il olduğu kimi bu dəfə də kikboksçularımızdan yüksək nəticə gözlədiyini vurğulayıb.

Qeyd edək ki, idmançıları bu yarışda federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov və Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin kikboksinq üzrə baş məşqçisi,əməkdar məşqçi Hakim Hacıyev müşayət edəcək.
Bolgexeber.com