BolgeXeber.Com » İdman » Futbol üzrə Azərbaycan çempionatında faciə qeydə alınıb

Futbol üzrə Azərbaycan çempionatında faciə qeydə alınıb

6-11-2012, 09:20
Oxunub: 5 529 Dünən U-17 liqasında keçirilən “Bakı” - “Qəbələ” matçında ölüm hadisəsi baş verib.

Belə ki, ilk yarının sonlarına yaxın qonaq komandanın baş məşqçisi Eldəniz Süleymanovun səhhəti pisləşib. Tibbi personal onun vəziyyətinin ağır olduğunu görüb, təcili xəstəxanaya aparıblar. Amma infarkt keçirən 37 yaşlı mütəxəssisin həyatını xilas etmək mümkün olmayıb.

Mərhum 1975-ci il avqustun 29-da Naxçıvanda anadan olmuşdu. Futbolçu karyerası boyunca “Arsenal” (Tula), “Stroitel”, “Jemçujina” (hamısı Rusiya), “Azəri”, “Kəpəz”, “Araz”, AMMK və “Qəbələ” kimi klubların şərəfini qoruyub.

Süleymanov karyerasını “Qəbələ”də bitirib, burada da məşqçilik fəaliyyətinə başlayıb. O, Akademiyada U-17 komandasına rəhbərlik edirdi.

Qeyd edək ki, Süleymanov infarkt keçirən zaman “Qəbələ” 2:1 hesabı ilə öndə olub. Qarşılaşma isə elə qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 3:2.

Mərhum 2 uşaq atası idi.

Allah rəhmət eləsin!