BolgeXeber.Com » Xəbərlər » Mirşahinin qardaşı həbs olundu

Mirşahinin qardaşı həbs olundu

19-05-2017, 14:34
Oxunub: 2 145 Mirşahinin qardaşı həbs olunduFəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub

Bolgexeber.com xəbər verir ki, bu barədə məlumatı "bakipost" yayıb. Sayt yazır ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.

Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət işi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Məsələylə bağlı Mirşahin Ağayevin fikrini öyrənmək mümkün olmayıb. Mirşahinin digər qardaşı Rəşad Ağayev isə xəbəri nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.