Azərbaycanda bu məşhurlar həbs edilə bilər - rəsmi açıqlama
19-05-2017, 17:11
Oxunub: 2 202
Sosial şəbəkədə tez-tez müğənnilərin, tanınmış simaların sükan arxasında selfi çəkdiyinin şahidi olmuşuq
Məhz bu səbəbdən məşhurların zaman-zaman qəza törətməsi qaçılmaz olub.
Bolgexeber.com xəbər verir ki, bu haqda Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az-a maraqlı açıqlamalar verib:
"Sükan arxasında diqqəti yayındıra biləcək hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət var. Belə hadisələrə rast gələndə sürücünü inzibati məsuliyyətə cəlb edirik. "Yol hərəkəti haqqında" Qanunda törədilən xətaların internet vasitəsi ilə sosial şəbəkələrdə yayımlanması inzibati araşdırma aparılmasına əsas verir və bunu törədənlər inzibati məsuliyyətə cəlb olunur.
Sükan arxasında məşhurlar belə olsa, xəta törədib sosial şəbəkədə yayırlarsa, onlar barəsində tədbir görməyə əsas yaranır. İnzibati həbs belə ola bilər. Cərimənin rüsumu isə sürücünün pozduğu qanuna əsasən müəyyənləşdirilir. Tutaq ki, kimsə telefonla danışır, həm də özünü videoya çəkib sosial şəbəkədə paylaşırsa, həmin şəxs 50 manat miqdarında cərimə olunur"
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər