BolgeXeber.Com » İdman » İslamiadanın medal sıralamasında Azərbaycan birincidir - SİYAHI

İslamiadanın medal sıralamasında Azərbaycan birincidir - SİYAHI

20-05-2017, 10:07
Oxunub: 6 509 İslamiadanın medal sıralamasında Azərbaycan birincidir - SİYAHI"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 4 növ üzrə medallar sahiblərini tapıb

Azərbaycan idmançıları bütün növlərdə mükafatçılar sırasına düşməyi bacarıblar.

Onlar ümumilikdə 8 medal qazanıblar ki, bunların da yarısı "qızıl" olub. Ən yüksək əyarlı medallara sərbəst güləşçilərdən Mahir Əmiraslanovla (57 kq) Nurməhəmməd Hacıyev (97 kq), 10 metrlik platformadan suya tullanma yarışında Olqa Bıkovskaya və para-atletikanın 200 metr məsafəyə qaçış yarışında Yelena Çebanu yiyələnib.

Gümüş medalları sərbəst güləşçi Məhəmməd Müslümov (65 kq) və stolüstü tennisçi Jinq Ninq əldə edib.

Bürünc medallara isə stolüstü tennisçi Miao Vanq və 3 metrlik tramplindən sinxron üsulla tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.

Bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 124-ə yüksəlib. Medallardan 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdür. Beləliklə, Azərbaycan medal əyarında Türkiyəni geridə qoyub. "Ay-ulduzlular"ın 61 qızıl, 56 gümüş və 45 bürünc olmaqla, ümumilikdə 162 medalı var.