BolgeXeber.Com » Xəbərlər » Heydər Əliyev Hava Limanınında gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır - FOTO

Heydər Əliyev Hava Limanınında gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır - FOTO

20-05-2017, 10:12
Oxunub: 1 764 Heydər Əliyev Hava Limanınında gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır - FOTOHər kəs Heydər Əliyev adına Hava Limanındakı Dövlət Gömrük Postunun əməkdaşından danışır

Məsələ burasındadır ki, redaksiyamıza göndərilən foto müzakirə mövzusu olub. saytı baku.ws-yə istinadən xəbər verir ki, DGK əməkdaşlarından biri iş vaxtı növbədə dayanan vətəndaşlara əhəmiyyət vermədən kompüterdə oyun oynamaqla məşğul olur.

Gömrük işçisinin laqeydliyi və növbədə dayanaraq ona xidmət göstərilməsini gözləyən vətəndaşa əhəmiyyət verməməsi insanları özündən çıxarıb. Gömrük əməkdaşının iki müxtəlif vətəndaşı gözlədərək kompüterdə oyun oynamasını əks etdirən şəkillər redaksiyamıza göndərilib. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq.

Bildirildi ki, faktla bağlı araşdırmalar aparılır. Ayrı-ayrı vaxtlarda çəkilmiş fotoları təqdim edirik:
Heydər Əliyev Hava Limanınında gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır - FOTO
Heydər Əliyev Hava Limanınında gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır - FOTO